18 yanvar 2022 18:36
941

Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat

Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

“İki sahil” xəbər verir ki,  Zülfüqarov yanvarın 20-də İstanbulda qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsində B qrupunda çıxış edən “Vakıfbank” (TUR) – “LP Salo” (FİN) matçında ikinci hakim olaraq oyunu idarə edəcək. Görüşün baş hakimi rusiyalı Evgeny MAKSHANOV olacaq.

Avropa Voleybol Konfederasiyası  tərəfindən Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.  Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının “Qalatasaray” (TUR) – “ KARLOVARSKO” (CZE) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.  

Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrei Taran, rumıniyalı Benone Visandır.