18 yanvar 2022 16:51
1318

Kərim Caziri: Benzemanın ilk 11-likdə olmaması hörmətsizlikdir

"Real"ın hücumçusu Kərim Benzemanın agenti Kərim Caziri oyunçunun  FİFA-nın ilin komandasına daxil edilməməsindən narazıdır.

 

“İki sahil” xəbər verir ki, bununla bağlı o, özünün "Tvitter" hesabında yazıb: "Benzemanı ilin ən yaxşı 11 futbolçusu sırasına daxil etməmək futbola hörmətsizlikdir.Amma biz artıq bilirik ki, futbol FİFA-nı ən az narahat edən məsələdir və uzun müddətdir ki, belədir”.