"Qəbələ" Antalyadakı təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Elmar Baxşıyevin komandası "Zaqlembe" (Polşa) ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.
Əlavə edək ki, "Zaqlembe" Polşanın əsas çempionatında çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 14-cüdür.
16:00. "Qəbələ" - "Zaqlembe" (Polşa)