17 yanvar 2022 17:39
942

Qurban Qurbanov dünya məşqçilərinin reytinqində neçəncidir?

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

“İki sahil” xəbər verir ki,  siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.

Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.