17 yanvar 2022 14:25
838

Ramil Quliyev Qurban Qurbanovla görüşüb

Bu gün “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla yüngül atletika üzrə Türkiyə millisinin azərbaycanlı üzvü Ramil Quliyevin görüşü olub.

“İki sahil”  qol.az-a istinadla xəbər verir ki, bu görüş Antalyada baş tutub. “Qarabağ” və dünya çempionu Ramil Quliyev hazırda eyni idman kompleksində təlim-məşq toplanışındadır.

Ramil Quliyev "Qarabağ"ın oyunlarını izlədiyini söyləyib, komandaya gələcək matçlarda uğurlar arzulayıb.