Fransa Liqa 1-də 21-ci tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, son oyun günündə "Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi "Marsel" "Lill"i qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. İlk hissədə hesabda geri düşən "Marsel" 75-ci dəqiqədə Türkiyə millisinin üzvü Cengiz Ünderin qolu ilə hesabı bərabərləşdirib.
Bu nəticədən sonra "Marsel" 37 xalla 3-cü pillədə qalıb. 29 xala malik "Lill" isə 10-cu pilləyə yüksəlib.