17 yanvar 2022 09:40
1106

Braziliyalı futbolçu "Real Madrid"in tarixinə düşüb

İspaniya "Real Madrid"inin futbolçusu Marselo klubun tarixinə düşüb.

“İki sahil” xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi "Atletik"i 2:0 hesabı ilə məğlub etdikləri Superkubokun final matçında buna yiyələnib.

Braziliyalı oyunçu Madrid təmsilçisində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.

Marselo hazırda Fransisko Gento ilə birlikdə "Real Madrid"də ən çox titula sahib çıxan futbolçudur.

Qeyd edə ki, 2007-ci ildən "Real Madrid"də çıxış edən müdafiəçi klub tarixində ən çox mövsüm keçirən əcnəbi oyunçu olub.