16 yanvar 2022 15:18
939

Somalinin paytaxtında güclü partlayış olub

Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində baş nazirin mətbuat katibi yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Somalinin "Garowe" portalı məlumat yayıb.

Mətbuat katibinin olduğu avtomobilə kamikadze hücum edib. Partlayış prezident sarayının yaxınlığındakı avtomobillərin hərəkət zolağında baş verib.