Fransanın PSJ klubunun qapıçısı Keylor Navas koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, 36 yaşlı qolkiperin testi pozitiv çıxıb.
Kosta-rikalı oyunçu komandadan təcrid edilib.
Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 17 oyuna çıxıb və 17 qol buraxıb.