15 yanvar 2022 10:19
1137

Kriştianu Ronaldo: DÇ-2022-yə vəsiqə qazanacağımıza inanıram

"Qətərdəki dünya çempionatına vəsiqə qazana bilməsək, bizim üçün kədərli olacaq".

"İki sahil" ESPN-ə istinadən xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

37 yaşlı hücumçu komandasının mundialda iştirak edə biləcəyinə inandığını bildirib: "Aydın məsələdir ki, bizi 1-2 çətin qarşılaşma gözləyir. Türkiyə yığması ilə oyunumuz var. Onlara qalib gəlsək, finalda İtaliya ilə qarşılaşa bilərik. Marta hazır olacağıq. Həyat elədir ki, orada ideal ssenarilər yoxdur. Onlarla sən məşğul olmalısan".

Portuqaliya seçməsi DÇ-2022-yə vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq. Komanda martın 24-də yarımfinalda Türkiyə ilə üz-üzə gələcək. Cütün qalibi həlledici görüşdə İtaliya - Şimali Makedoniya duelinin güclüsü ilə görüşəcək.