14 yanvar 2022 15:36
991

"Mançester Yunayted" Poçettino ilə danışıqlar aparır

PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Mançester Yunayted"i çalışdıra bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə "La Parisien" məlumat yayıb. 49 yaşlı mütəxəssisin "qırmızı şeytanlar"ın baş məşqçi vəzifəsinə əsas namizəd hesab edilir. Klub bu barədə çalışdırıcı ilə danışıqlar aparıb. 

İngiltərə təmsilçisinə hazırda müvəqqəti olaraq Ralf Ranqnik baş məşqçilik edir. O, bu vəzifədə Ole Qunnar Sulşeri əvəzləyib. 

Qeyd edək ki, Poçettino ötən ilin yanvar ayından PSJ-ni çalışdırır. Onun Fransa klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.