Daha bir məşhur futbolçu koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, “Real”ın futbolçusu Dani Karvaxalın testi müsbət nəticələnib.
30 yaşlı ispaniyalı müdafiəçi təcrid olunub. O, Superkubokun final görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, “Real” yanvarın 16-da baş tutacaq finalda “Atletik”lə üz-üzə gələcək.