14 yanvar 2022 10:32
799

"Yuventus"dan ayrılır

“Yuventus”un futbolçusu Artur Melo klubdan ayrılmağa yaxındır. 

"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirəcək. Onun “Arsenal”a keçəcəyi gözlənilir. London təmsilçisi braziliyalını qışda heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Artur bu mövsüm A seriyasında 7 matç keçirib.