13 yanvar 2022 20:12
1043

Mustafa Dənizli istefa verib

Türkiyənin “Altay” klubunun baş məşqçisi Mustafa Dənizli istefa verib.

“İki sahil” xəbər verir ki,  bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, M.Dənizli ilə müqaviləyə qarşılıqlı xitam verilib.

Qeyd edək ki, bu mövsum Superliqaya yüksələn “Altay” son 13 həftədə heç bir matçda qalib gələ bilməyib.

Xatırladaq ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.