"Krasnodar"ın (Rusiya) yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisini almaniyalı Daniel Farke çalışdıracaq. 46 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Daniel Farke son olaraq İngiltərənin "Norviç Siti" komandasına rəhbərlik edib.