13 yanvar 2022 13:05
714

Renat Dadaşov: Mən sadəcə qol vurmuşam

"Tondela"da çıxış edən millimizin futbolçusu Renat Dadaşov Portuqaliya kubokunun 1/4 finalında   "Riu Ave"ni 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.

"İki sahil" Portuqaliya mətbuatına istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan 23 yaşlı hücumçu deyib: "Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur. Qol vurduğum üçün xoşbəxtəm. Mən sadəcə, qol vurmuşam, biz bir ailəyik və finala çıxmağı arzulayırıq".

Qeyd edək ki,  95-ci dəqiqədə meydana daxil olan Dadaşov cəmi bir dəqiqə sonra komandasının çox vacib qolunu vurub. Bu qol oyunda yeganə olub və "Tondela" yarımfinala vəsiqə qazanıb.