Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston" klubunun sabiq oyunçusu Sem Cons 88 yaşında dünyasını dəyişib.
"İki sahil" NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, veteran basketbolçu ötən gecə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Onqat NBA çempionu bir müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Sem Cons karyerası ərzində yalnız "Boston" komandasının formasını geyinib. O, 1983-cü ildə Şöhrət Zalına daxil edilib.
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq