14 sentyabr 2026 20:54
72

“Neftçi” Elvin Camalovla müqaviləyə xitam verib

“Neftçi” ilə Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı təmsilçisindən məlumat verilib. 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.