İtaliya hökuməti 2022-ci ilin yanvarından başlayaraq idman və digər mədəni-kütləvi tədbirlərə yalnız "yaşıl" anti-kovid sertifikatı olan şəxsləri buraxacaq.
Bu sertifikatı almaq üçün ya tam vaksinasiyadan keçməli, ya da COVİD-19 xəstəliyindən sağalmalısan (bu, həmin şəxsi 105 gün vaksinasiyadan azad edir).
Yeni qayda "Roma"nın baş məşqçisi Joze Mourinyoya problem yaradacaq. Portuqaliyalı mütəxəssis nə peyvənd olunub, nə də koronavirusa yoluxub. Bu səbəbdən onun stadiona girişinə qadağa qoyulacaq.
Hazırda "Roma"nın hüquqşünasları Mourinyoya güzəşt olunması üçün iş aparırlar.
Qol.az
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq