31 dekabr 2021 18:55
1038

Bağlı qapılar arxasında açıq danışacaqlar

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel futbolçuları Romelu Lukakunun fikirlərinə münasibət bildirib.

Belçikalı hücumçu bugünlərdə qeyd edib ki, "İnter"i tərk etməyinə peşmandır və yenidən İtaliyaya qayıtmaq istəyir.

Bununla əlaqədar Tuhell deyib: "Düzü, bu vəziyyət ürəyimcə deyil. Çünki lazımsız hay-küy yaradır. Biz Lukaku ilə bağlı qapılar arxasında açıq danışacağıq. Onun sözlərindən təəccüblənmişəm. Çünki onun narazılığını hiss etməmişəm. Əksinə o, həmişə razılıq ifadə edib".

Xatırladaq ki bu yay "İnter"dən "Çelsi"yə keçən 28 yaşlı oyunçu 18 oyunda iştirak edib, 7 qol vurub və 2 qolun da ötürməsini verib.

Qol.az