"Yuventus"un futbolçusu Alvaro Morata tezliklə komandadan ayrılmaq istəyir.
İspaniyalı hücumçu "Yuventus" nümayəndələrinə bildirib ki, qış fasiləsində komandanı tərk etmək fikrindədir.
Müqavilə ilə "Atletiko"ya məxsus olan 29 yaşlı forvard "Yuventus"da icarə əsasında çıxış edir. Bu mövsüm A seriyasında 18 oyuna çıxış Morata 5 qol vurub.
Qeyd edək ki, İspaniya millisinin üzvünü "Barselona" heyətinə cəlb etməyə çalışır.
Qol.az
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq