30 dekabr 2021 17:13
1257

"Everton" Cenk Tosunla bağlı qərar verdi

Türkiyə millisinin üzvü Cenk Tosun qış transfer pəncərəsində "Everton"dan ayrılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Niko Şkira məlumat verib. O, klubun baş məşqçisi Rafael Benitesin planları arasında 30 yaşlı hücumçunun olmadığını bildirib. Tosunun "Beşiktaş"a qayıda biləcəyi vurğulanıb.

Qeyd edək ki, C.Tosun bu mövsüm cəmi 1 matçda meydana çıxıb.