30 dekabr 2021 16:32
1023

"Neftçi"dən ayrılan futbolçu Fransa klubunda

“Neftçi”nin dünən yolları ayırdığı Romen Baskın yeni klubu müəyyənləşib.

"İki sahil" Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. ​O,  Liqa 2-də çıxış edən “Şatoru” ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, bu ilin yayında “Neftçi”yə transfer olunmuş Bask 12 oyunda ağ-qara formanı geyinmişdi.