30 dekabr 2021 15:09
1048

Dieqo Simeone və 4 futbolçu koronavirusa yoluxub

İspaniyanın "Atletiko" (Madrid) klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

“İki sahil” xəbər verir ki, komandanın baş məşqçisi Dieqo Simeone və 4 futbolçusu - Antuan Qrizmann, Koke, Ander Errera və Jaou Felişin COVID-19 testləri müsbət çıxıb.

Sözügedən şəxslər şəxsi evlərində karantinə alınıblar. Onların xəstəliyi simptomsuz keçirdikləri bildirilib.