"Barselona" yarımmüdafiəçisi Usman Dembele ilə müqaviləni yeniləməyəcək .
“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Jerar Romero özünün “Tvitter” səhifəsində yazıb. Bildirilib ki, Kataloniya klubu 24 yaşlı oyunçu ilə yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyib, danışıqlar nəticəsiz qalıb.
Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 5 matçda meydana çıxıb, 2 qol ötürməsi verib. Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq