29 dekabr 2021 20:40
1056

Baş məşqçi koronavirusa yoluxub

Baş məşqçi koronavirusa yoluxub

İngiltərənin "Arsenal" (London) futbol klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki,  bu barədə klubun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, M.Artetanın koronavirus testi müsbət nəticələnib və o, özünütəcrid rejiminə keçib.

Baş məşqçi klubun növbəti məşqlərində və yanvarın 1-də nəzərdə tutulan "Mançester Siti" ilə matçda komandaya rəhbərlik edə bilməyəcək.

Xatırladaq ki, son bir neçə tur ərzində "omikron" ştammının yayılması ilə əlaqədar İngiltərə çempionatının 10-dan çox matçı təxirə salınıb.