29 dekabr 2021 20:25
972

Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib

Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu ada ardıcıl 2-ci dəfə Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.

20 yaşlı vinger ölkəsində ötən ilin də ən yaxşısı seçilib.

Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur