İngiltərənin "Çelsi" klubu sabiq futbolçusu Con Terrini geri qaytarıb.
“İki sahil” xəbər verir ki, 41 yaşlı keçmiş kapitan London təmsilçisinin akademiyasında məsləhətçi məşqçi kimi işləyəcək.
Qeyd edək ki, Con Terri 1998 - 2017-ci illərdə "zadəganlar"ın formasını geyinib. Əfsanəvi oyunçu beş dəfə Premyer Liqanın, bir dəfə isə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının qalibi olub. Terri son olaraq, 2018 - 2021-ci illərdə "Aston Villa"da köməkçi-məşqçi funksiyasını yerinə yetirib.
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq