29 dekabr 2021 15:41
1011

Baş məşqçi koronavirusa yoluxub

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

“İki sahil” xəbər verir ki, 39 yaşlı ispaniyalı mütəxəssis karantinə alınıb. O, evdə "Mançester Siti"yə qarşı keçirəcəkləri Premyer Liqanın XX tur matçında texniki zonada yer almayacaq.

Qarşılaşma 2022-ci il yanvarın 1-də "Emireyts" stadionunda oynanılacaq.