"Barselona"nın futbolçusu Usman Dembele bir neçə gün əvvəl evlənib.
“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. 24 yaşlı hücumçunun ailə qurduğu xanımın adı açıqlanmayıb. Dembelenin toyu Mərakeşdə olub. Lakin maraqlıdır ki, o, ən xoş gününə komanda yoldaşlarından heç kimi dəvət etməyib. Dembelenin toyunda futbol ictimaiyyətindən yalnız "Bavariya"nın oyunçusu Dayo Upamekano iştirak edib. Həmçinin xəbərdə bu da qeyd olunub ki, Dembele ümumiyyətlə, klubuna evlənəcəyi barədə məlumat verməyib.
Qeyd edək ki, U.Dembele 2017-ci ildən "Barselona"da oynayır.
Ayxan Abbasov sentyabrın 18-i və ya 19-na kimi millinin heyətinin tam bəlli olacağını bildirib
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq