29 dekabr 2021 13:12
935

Qleyson Bremeri Azərbaycan millisində görmək istəyir

"Qleyson Bremer məhsuldarlığı baxımından A seriyasının ən yaxşı futbolçusudur".

“İki sahil” xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi İtaliyanın "Corriere Torino" nəşrinə müsahibəsində deyib.

Bir vaxtlar "Torino"nu çalışdıran mütəxəssis "bu komandadan hansı futbolçuya Azərbaycan pasportu verə bilsəydiniz, kimi seçərdiniz" sualına cavab verib.

O deyib ki, belə oyunçuların sayı çox olsa da, 24 yaşlı braziliyalı Qleyson Bremeri seçərdi: "Qleysonun əla zərbələri var, qol vurmağı bacarır və liderdir. Bir sözlə, mükəmməl oyunçudur".