29 dekabr 2021 12:31
1012

Reynaldo: Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo əfsanəvi braziliyalı Ronaldinyo ilə bağlı xatirələrini bölüşüb.

 

“İki sahil” xəbər verir ki, o, özünün "İnstagram" səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb: "Ronaldinyo ilə Bakıdakı görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Ronaldinyo ilə söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona "Qarabağ"ın formasını hədiyyə etdim. Maraqlı görüş oldu".

Xatırladaq ki, Ronaldinyo "Qəbələ" Futbol Klubunun dəvəti ilə 2016-cı ildə Bakıda olub.