29 dekabr 2021 12:02
947

Futzal millimiz ili 7-ci pillədə başa vurub

UEFA futzal üzrə milli komandaların 2021-ci il üçün sonuncu reytinq cədvəlini açıqlayıb.

“İki sahil” xəbər verir ki, hesabında 2015 xal olan Azərbaycan millisi yeddinci pillədə qərarlaşıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ötən illə müqayisədə bir pillə geriləyib.

Siyahıya 2493 xalla İspaniya millisi başçılıq edir. Rusiya 2464 xalla ikinci, Portuqaliya isə 2450 xalla üçüncü sırada yer alıb.