28 dekabr 2021 22:44
1006

Mahir Emreli ona hücum edənlərdən danışdı

"Son insidentlə bağlı deyə bilərəm ki, azarkeşin qəzəblənməyi normal bir haldır. Əvvəllər də "Legiya"da belə hallar olmuşdu. Səhv etmirəmsə, onların xuliqanları, ultrası idi".

“İki sahil” xəbər verir ki, bu sözləri İTV-yə açıqlamasında "Legiya"nın hücumçusu Mahir Emreli bildirib: "Maskada idilər deyə çox da maraqlanmadıq. Belə bir şeyin olacağını gözləyirdik. Gecə vaxtı idi və mən arxa sırada oturmuşdum. Tam olaraq nə baş verdiyini görmürdüm. Bu şəkildə olmasa da, azarkeşlərin qəzəblənməyi normaldır".