28 dekabr 2021 20:19
933

"Benfika" klubu baş məşqçisi ilə vidalaşıb

Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, 67 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçinin göndərilməsinə futbolçularla mübahisə etməsi və komandadakı ab-havanı düzəldə bilməməsi səbəb olub.

Qeyd edək ki, Jorji Jezuş daha əvvəl 2009 - 2015-ci illərdə "Benfika"nın baş məşqçisi vəzifəsində çalışıb.