"Zirə" klubu qış fasiləsində heyətini ən azı 4 futbolçu ilə gücləndirəcək.
“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi hazırda bir neçə legionerlə maraqlanır.
Əslində "qartallar" qışda 3 transferlə kifayətlənmək niyyətində idi. Sadəcə, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçin uzun müddətə sıradan çıxması klubu bu mövqeyə yeni futbolçu axtarmağa vadar edib.
"Zirə" arxa xətt oyunçusu ilə yanaşı, iki yarımmüdafiəçi və bir hücumçu da transfer etmək istəyir.