28 dekabr 2021 18:09
1028

"Barselona" yeni transferini açıqlayıb

İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, İngiltərə "Mançester Siti"sindən Fernan Torreslə müqavilə imzalanıb.

Hələlik onun sözləşməsinin detalları barədə məlumat verilməyib.

Daha əvvəl Torresin 55 milyon avro müqabilində "Barselona"ya keçəcəyi bildirilib.