28 dekabr 2021 17:07
826

"Milan" Hernandesə yeni müqavilə təklif etdi

"Milan" müdafiəçisi Teo Hernandes ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. 

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat verib. Klub rəhbərliyi 24 yaşlı futbolçuya 2026-cı ilin yayına qədər müqavilə təklif edib. O, bu təklifi qəbul etsə,  ilinə 4,5 milyon avro olacaq.

Hazırda müdafiəçi  ilinə1,5 milyon avro qazanır.

Xatırladaq ki, Hernandes 2019-cu ildən "Milan"da çıxış edir. O, bu mövsüm klubun heyətində 20 oyun keçirib, 2 qol vurub və 5 qolun ötürməsini verib.