28 dekabr 2021 16:21
776

Levandovski "ilin adamı" seçildi

Almaniya "Kicker" nəşrinin versiyasına əsasən, "Bavariya"nın futbolçusu Robert Levandovski Almaniyada 2021-ci "ilin adamı" seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Polşalı hücumçu bu mükafatı qazanan Münhen təmsilçisinin 9-cu oyunçusu olub.

Xatırladaq ki, Levandovski 2021-ci ilin sonunda "Qızıl top" uğrunda mübarizədə yalnız Lionel Messiyə uduzaraq 2-ci olub.