İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
“İki sahil” xəbər verir ki, Xordi Albanın testi müsbət nəticələnib.
32 yaşlı cinah müdafiəçisi komandanın səhər məşqini buraxıb və evində təcrid olunub.
Qeyd edək ki, daha əvvəl "Barselona"da Dani Alveş və Kleman Lanqlenin koronavirus testləri müsbət çıxıb.