27 dekabr 2021 21:35
897

Hakim sarı vərəqi tibbi heyətə niyə göstərdi?

Türkiyənin "MKE Ankaragücü" və "Ankara Keçiörengücü" derbisində maraqlı anlar yaşanıb.

“İki sahil” xəbər verir ki, matçın 70-ci dəqiqəsində zədələnən futbolçuya kömək üçün " MKE Ankaragücü"nün tibbi heyəti meydana daxil olmaq istəyib. Baş hakim komandaların meydana girməsini istəmədiyindən iki tərəf arasında qısa müddətli mübahisə yaşanıb.

Bundan sonra isə hakim səhiyyə işçilərinə sarı vərəqə göstərib.