27 dekabr 2021 20:12
886

"Arsenal" 3 futbolçusunu itirdi

İngiltərənin “Arsenal” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçilər Sedrik Soares, Takehiro Tomiyasu və Eynsli Meytlend-Naylzda koronavirus aşkarlanıb.

Hər üç futbolçu koronavirus səbəbindən Premyer Liqanın 19-cu turunun “Norviç”lə səfər oyununu (5:0) buraxıb.