"Mançester Yunayted"in yarımmüdafiəçisi Çarli Vellens "Roma"ya keçə bilər.
"İki sahil" İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo "Tottenhem"də oynadığı vaxtdan futbolçunu izləyir.
"Mançester Yunayted" futbol akademiyasının yetirməsinin Mourinyoya görə "Roma"ya yollanmaq istədiyi bildirilir.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 14 oyuna 1 qol vurub, 4 qol ötürməsi edib.