27 dekabr 2021 11:11
878

"Arsenal"ın oyunu təxirə salındı:  Kütləvi yoluxmaya görə

İngiltərə Premyer Liqasında 20-ci turun daha bir oyunu koronavirusa görə təxirə salınıb.

“İki sahil” xəbər verir ki,  “Arsenal” – “Vulverhempton”  matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna “Vulverhempton”da koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 

Matçın nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.

Qeyd edək ki, 20-ci turun "Lids" - "Aston Villa" matçı da koronavirus səbəbindən təxirə salınıb.