27 dekabr 2021 03:42
1595

Futzal millimiz 1 pillə gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Bu barədə "futsalworldranking.com" məlumat yayıb.

Azərbaycan yığması sıralamada 1 pillə geriləyib. Hesabında 1391 xalı olan Joze Alesionun yetirmələrinin cədvəldə 14-cüdür.

Siyahının ilk üç pilləsində müvafiq olaraq İspaniya (1791), Braziliya (1780) və Argentina (1741) qərarlaşıb.

Sportinfo.az