27 dekabr 2021 02:48
962

İPL-in daha iki oyunu təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb. 

20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” qarşılaşmaları ertələnib.

Buna “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 

Hər iki oyunun dekabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdu. 

Fanat.Az