26 dekabr 2021 22:28
1226

Ölkəmizdə kənd təsərrüfatının ümumi məhsul istehsalı artıb

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, məhsulun 4 milyard 232,6 milyon manatı heyvandarlıq, 4 milyard 379,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cüml ədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,8 faiz artıb.