26 dekabr 2021 15:00
1382

PSJ ən az 100 milyon avroluq futbolçu satmalıdır

PSJ növbəti 2 transfer pəncərəsində futbolçuların satışından ən az 100 milyon avro gəlir əldə etməlidir. 

“İki sahil” xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Əgər Paris təmsilçisi sözügedən transferləri həyata keçirə bilməsə, maliyyə feyr-pley qaydalarını pozacaq. Bu halda bütün pul kəsrini klub sahibi "Qatar Sports İnvestments" ödəməli olacaq. 

PSJ-nin komandadan göndərəcəyi oyunçular sırasında Serxio Riko, Leven Kurzava, Tilo Kerer, Abdu Diallo, Yulian Draksler və Mauro İkardinin olduğu bildirilib.