25 dekabr 2021 17:00
1107

Dünya çempionatının gümüş mükafartçısına "idman ustası" adı verilib

Ruzanna Səxavət qızı Məmmədova 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində anadan olub. Baskının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 nömrəli tam orta məktəbində təhsil alıb. Ruzanna 2012-ci ilin mayından Bakı şəhəri Hövsan Olimpiya İdman kompleksində idmanın sərbəst güləş növü üzrə məşqlər etməyə başlayıb. Məktəblinin birinci qələbəsi 2013-ci ildə Şağan Olimpiya İdman kompleksində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən yarışda 23 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüb.

R.Məmmədova respublika yeniyetmələri arasında keçirilən yarışlarda 15 dəfə birinci, 3 dəfə ikinci, 2 dəfə üçüncü yeri tutub. Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Məşqlərini milli yığma komandasında uğurla davam etdirir.

Ruzanna Məmmədova 9 dekabr 2019-cu ildə Sərhədçi Olimpiya İdman Kompleksində Greppling idman növü üzrə keçirilən Dünya çempionatında 12-13 yaşlılar arasında, 42 kiloqram çəki dərəcəsində ikinci yerə layiq görülüb.

24 dekabr 2019-cu ildə yeniyetmələr arasında Şağan Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan çempionatında Ruzanna Məmmədova 43 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb.

Oxucularımıza məlum olsun deyə bildiririk ki, Ruzana Məmmədova ötən il, 2020-ci ildəı keçirilən yeniyetmələr arasında Avropa və Dünya çempionatlarında 42 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edib.

2021-ci il gənc idmançı üçün daha əlmətdar hadisə kimi yadda qalacaq.  Belə ki, sərbəst güləş idman növü üzrə Azərbaycan çempionu, Dünya Çempionatının gümüş mükafatçısı Ruzanna Məmmədovaya Azəbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfində sərbəst güləş idman növü üzrə «İdman ustası» dərəcəsi verilmişdir.

Bu münasibətlə gənc Ruzannanı təbrik edir, bundan sonra da üçrəngli bayrağımızı uca zirvələrdə təmsil etməyi arzu edirik.

Əlihüseyn Şükürov