24 dekabr 2021 14:22
369

3-cü dəfə ölkəsinin ən yaxşı oyunçusu seçildi

Serbiyada 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

"İki sahil" Serbiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "Ayaks"ın yarımmüdafiəçisi Duşan Tadiç ölkəsinin ən yaxşı oyunçusu seçilib. O, 2016 və 2019-cu illərdə də bu mükafata layiq görülüb.

Qeyd edək ki, Tadiç bir təqvim ilində 37 qol ötürməsi verib və Lionel Messinin rekordunu qırıb.